İxtiyari istilik mühərrikinin mühüm xarakteristikası onun faydalı iş əmsalıdır (FİƏ). FİƏ qızdırıcının verdiyi ümumi enerjinin hansı hissəsinin faydalı işə sərf olunduğunu göstərir.
FİƏ kiçik yunan hərfi η (eta) ilə işarə olunur və faizlərlə ifadə edilir:
η = Af
Q1
· 100%
və ya
η = Q1 - Q2
Q1
· 100%
İstilik mühərrikinin FİƏ-sini artırmaq üçün onun qızdırıcıdan aldığı istilik miqdarını artırmaq, soyuducuya verilən istilik miqdarını isə azaltmaq lazımdır.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
İstilik mühərriki 2,2 ⋅ 104kC faydalı işə 2 kq benzin sərf etdi. İstilik mühərrikinin FİƏ-sini
təyin edin (benzinin xüsusi yanma istiliyi 4,4 ⋅ 107C
kq).
NƏ ÖYRƏNDİNİZ?
Yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən maşın
__. Bütün istilik mühərrikləri __ (istilik mənbəyi), __ (buxar
və ya yanacağın yanma məhsulları) və __ (ətraf mühit – atmosfer)
hissələrindən ibarətdir. Mühərrikin gördüyü faydalı
işin onun qızdırıcıdan aldığı istilik miqdarına olan nisbəti
istilik mühərrikinin __ adlanır.