Belə mühərriklər olmasa idi, istilik elektrik stansiyaları, avtomobillər,
təyyarə və kosmik raketlər, gəmi və lokomotivlər, traktor və ekskavatorlar,
bir çox maşın və qurğular da olmazdı.
-
İstilik mühərriki - yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən
qurğudur.
-
Bütün istilik mühərriklərinin iş
prinsipində ümumi qanunauyğunluq var
İstilik mühərrikləri üç hissədən ibarətdir: qızdırıcı (istilik mənbəyidir, o, yanacağın
yanmasından alına bilər), işçi cisim (buxar və ya yanacağın
yanma məhsulları) və soyuducu (ətraf mühit – atmosfer). Bu hissələr mühərrikin
fasiləsiz işləməsini təmin edir.
- Mühərrikin işləmə prosesində işçi cisim
qızdırıcıdan müəyyən Q1 istilik
miqdarı alır.
- Qızdırıcıdan alınan istiliyin bir hissəsi işçi cismin genişlənərək mexaniki iş
(A) görməsinə və mühərrikin hərəkət edə bilən hissələrinin (porşen, turbin
valı və s.) hərəkətə gətirilməsinə sərf
olunur.
- İşçi cismin genişlənmə prosesi çox qısamüddətli olur. O hər dəfə genişləndikdən
sonra yenidən başlanğıc vəziyyətinə qaytarılmalıdır: işçi cisim sıxılmalı
və proses təkrarlanmalıdır. İşçi cismi sıxmaq üçün ondan soyuducuya
müəyyən Q2 (Q2 < Q1) istilik miqdarı verilir. Deməli, bütün istilik mühərriklərində
yanacağın daxili enerjisinin yalnız (Q1 - Q2) hissəsi işçi cismin
gördüyü faydalı işə (Af) sərf olunur:
Af = Q1 - Q2
Beləliklə, ixtiyari istilik mühərrikinin işi təkrarlanan tsikllərdən (yunanca “kiklos” - dairə,
qapalı proses) ibarətdir. Prosesi sxematik olaraq təsvirdəki kimi göstərmək olar (a).