Şəkil c-də təbiət, texnika və məişət hadisələrindəki bəzi temperaturlar verilmişdir.
(c)
Eyni cismin, məsələn, soyuq və isti suyun molekulları eynidir, lakin temperaturun dəyişməsi ilə onların xaotik hərəkət sürətləri də dəyişir: isti suyun molekulları soyuq suyun molekullarına nəzərən daha sürətlidir. Bu səbəbdən də isti su molekulları bu suya atılan fərqli maddənin, məsələn, boyaq maddəsinin molekulları ilə daha sürətlə toqquşur. Ona görə də isti suda diffuziya hadisəsi soyuq suya nəzərən daha sürətli baş verir.
Müəyyən olunmuşdur ki, normal şəraitdə (p=760 mm civ.süt, və T=273,15K) hidrogen molekullarının orta sürəti 1693 m
san,
oksigen molekullarının orta sürəti 425 m
san' karbon qazı molekullarının orta sürəti
isə 362 m
san-dir. Göründüyü kimi, eyni
temperaturda müxtəlif qazların molekullarının sürətləri müxtəlifdir. Deməli, molekulların orta sürəti
yalnız temperaturdan deyil, həm də molekulun kütləsindən asılıdır.