5. Cədvəldə təmiz L, M, N və O maddələrinin normal şəraitdə ərimə və qaynama temperaturları verilmişdir. Bu maddələr -25°C başlanğıc temperaturundan 80°C temperaturuna qədər qızdırılır.
Maddə | Ərimə temperatura (°C) | Qaynama temperaturu (°C) |
L | 0 | 100 |
M | -39 | 35 |
N | 48 | 210 |
O | -10 | 60 |
I sual. Belə temperatur deyişməsində başlanğıcda bərk halda olub sonra maye, daha sonra isə qaz halına keçən maddə hansıdır?
II sual. Bu temperatur dəyişməsində başlanğıcda maye halında olub sonra qaz halına keçən maddə hansıdır?
A) Yalnız L
B) Yalnız M
C) Yalnız N
C) Yalnız O
E) M və O
6. Asəf, Fərəh və Həmzə praktik iş dərsində sınaq stəkanındakı suyu spirt lampasında qızdırır və har 3 dəqiqədən bir onun temperaturunu ölçüb iş vərəqində qeyd ediriər. Uşaqlar ölçmələr əsasında suyun temperatur-zaman qrafikini qurduqda məlum oldu ki, suyun tempəraturu 10 dəq müddətində artdı, lakin sonrakı dəqiqələrdə onun temperaturu dəyişmədi.
Uşaqlar alınan qrafiki fərqli izah etdilər:
Asəf: - Suya verilən istilik I hissədə onun hal dəyişməsinə, II hissədə isə qızmasına sərf olunur.
Fərəh: - Suya verilən istilik I hissədə onun qızmasına, II hissadə isə hal dəyişməsinə sərf olunur.
Həmzə: - Su aqreqat halının dəyişmə nöqtəsinə çatana qədər xaricdən aldığı istilik miqdarı onun bu nöqtəyə çatması üçün sərf olunur. Belə vəziyyətdə suyun temperaturu artır - I hissədə olduğu kimi. Su aqreqat halının dayişmə nöqtəsinə çatdıqda isə alınan istilik miqdarı onun halının dəyişməsinə sərf olunur. Belə halda suyun temperaturu dəyişmir — II hissədə olduğu kimi.
I sual. Kim suyun temperatur-zaman qrafikini doğru izah etdi?
II sual. Su qrafikin uyğun olaraq I və II hissəsində hansı haldadır?
7. Sabit temperaturda 1 kq kütləli spirtin buxara çevrilərkən aldığı istilik miqdarını hesablayın (L = 9⋅105C/kq).
A) 500 kC
B)600 kC
C)700 kC
D) 800 kC
E)900 kC