1. 2,95 MC istilik miqdarı sərf etməklə ərimə temperaturunda götürülmüş nə qədər qalayı əritmək olar (λ=59 kC/kq)?
A) 20 kq
B) 30 kq
C) 40 kq
D) 50 kq
E) 60 kq
2. Şəkildə verilən kütləli qurğuşunun ərimə və bərkimə prosesinin temperatur-zaman qrafiki təsvir edilmişdir. Bu qrafika görə aşağıdakı sualları cavablandırın.
I sual. Qurğuşunun daxili enerjisinin artması və azalmasına uyğun hissələr
hansıdır?
II sual. Qurğuşunun kənardan istilik miqdarı alması və əksinə, kənara istilik miqdarı
verməsinə uyğun hissələr hansıdır?
III sual. Qrafikin CD, DE ve EF hissələri uyğun
olaraq hansı prosəsi xarakterizə edir?
IV sual. Qurğuşun B və G nöqtələrinə uyğun
temperaturda maddənin hansı aqreqat halındadır?
V sual. Qurğuşun C və F nöqtələrinə uyğun
temperaturda maddənin hansı aqreqat halındadır?
VI sual. Qrafikin AB və GH hissələri uyğun olaraq
hansı prosesi xarakterizə edir?
3. Ərimə temperaturunda götürülmüş 2 kq kütləli misi tam əritmək üçün nə qədər istilik miqdarı lazımdır (λ=180 kC/kq)?
A) 180 kC
B) 360 kC
C) 240 kC
D) 420 kC
E) 300 kC
4. Maye buxarlandıqda və buxar kondensasiya etdikdə bu maddələr ətrafla hansı istilik mübadiləsində olur?