Cədvəl 3.7. Psixrometrik cədvəl.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİNPsixrometrik cədvəldən istifadə edərək dərslikdə təsvir olunan psixrometrin göstəricisinə əsasən (bax: şək. b) havanın nisbi rütubətini təyin edin.
NƏ ÖYRƏNDİNİZ?
Havanın rütubəti__və__adlanan cihazlarla ölçülür.
__hiqrometrlə bilavasitə__təyin edilir. Psixrometrin iş
prinsipi__soyumasına əsaslanır.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1. Havadakı su buxarı doyma halına gələrsə, nisbi rütubət nəyə bərabər olar?
2. Kondensasiyalı hiqrometrlə şeh nöqtəsi necə təyin edilir?
3. Bu asılılığı izah edin: niyə havanın rütubətliliyi yüksəldikcə psixrometrin yaş və quru
termometrlərinin göstəriciləri arasında fərq kiçilir?
4. Şəkildə sinif otağının havasının nisbi rütubətini təyin etmək üçün istifadə olunan iki
termometrin fotosu təsvir edilmişdir.
I sual. Sinif otağında nisbi rütubət neçə faizdir (bax: cədvəl
3.7)?
II sual. Havanın eyni temperaturunda nisbi rütubət 68% olarsa, yaş temnometr neçə dərəcə
göstərər (bax: cədvəl 3.7)?