Havanın temperaturu 20°C, hiqrometrlə təyin edilən şeh nöqtəsi isə 8°C-dir. Havanın nisbi
rütubətini təyin edin.
İzahlı həlli.
Cədvəl 3.6-dan 20°C temperaturda havadakı doyan su buxarının sıxlığı
(ρ0 =
17,3q
m3) və 8°C temperaturdakı havada
su buxarının
sıxlığı (ρ = 8,3q
m3) təyin edilir
(8°C temperaturda havadakı su buxarı tamamilə doyan hala keçir). Daha sonra isə 20°C temperaturda
havanın nisbi rütubəti hesablanır:
Havanın temperaturu 18°C, hiqrometrlə təyin edilən şeh nöqtəsi isə 10°C-dir. Havanın nisbi rütubətini təyin edin.
Nəticəni müzakirə edin:Havanın nisbi rütubətini təyin etməyə imkan verən cihazlardan biri də psixrometrdir. Onun iş prinsipi buxarlanan suyun soyumasına əsaslanır. Psixrometr iki eyni termometrdən ibarətdir. Onlardan biri havanın temperaturunu ölçür. Digərinin civə (və ya spirt) çəni ucu suya batırılan tənziflə sarınır. Buxarlanan su soyuduğundan bu termometrin göstəricisi quru termometrin göstəricisindən aşağı olur (c).
Hava nə qədər quru (rütubətsiz) olarsa, tənzifdəki su daha sürətlə buxarlanar və nəm termometr daha aşağı temperatur göstərər - termometrlərin göstəriciləri arasındakı fərq böyük olar.
Əgər havadakı su buxarı doyan halda olarsa, tənzifdəki su buxarlanmaz və termometrlərin göstəriciləri bərabərləşər.
Bu halda havanın nisbi rütubəti 100% olur. Deməli, termometrlərin göstəriciləri arasındakı fərq havanın nisbi rütubətindən asılıdır. Quru və nəm termometrlərin göstəriciləri arasındakı fərqə əsasən xüsusi psixrometrik cədvəl (bax: cədvəl 3.7.) vasitəsilə havanın nisbi rütubəti təyin edilir.