Verilən temperaturda havadakı su buxarının ρ sıxlığı necə təyin edilir? Bunun üçün şeh nöqtəsini bilmək lazımdır.
Hava şeh nöqtəsinə qədər soyuduqda buxarın kondensasiyası başlanır: duman əmələ gəlir, şeh düşür. Havadakı su buxarının sıxlığı şeh nöqtəsinə uyğun doyan buxarın sıxlığına bərabər olur.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
Havanın nisbi rütubəti 80%, temperaturu 4°C-dir. Havadakı su buxarının sıxlığı nə qədərdir?
Həmin temperaturda doyan su buxarının sıxlığı 6,4 q
m3 -dır.
NƏ ÖYRƏNDİNİZ?
İş vərəqində verilən açar sözlərindən istifadə etməklə "Havanın rütubəti" mövzusunda esse yazın.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1. Verilən ifadələrdə nöqtələrin əvəzinə "mütləq rütubət“ "şeh nöqtəsi” və “nisbi
rütubət”
anlayışlarından hansılar yazılmalıdır?
I ... - 1m3 havada həmin an mövcud olan su buxarının qramlarla kütləsini ifadə edir.
II ... - verilmiş
temperaturda havada olan su buxarının sıxlığının həmin temperaturda doyma halında olan su buxarının
sıxlığına nisbətinin faizlərlə ifadəsidir.
III.... - havadakı su buxarının doyma halına keçdiyi
temperaturdur.
Seçim\Anlayış | Mütləq rütubət | Şeh nöqtəsi | Nisbi rütubəti |
A) | I | II | III |
B) | II | I | III |
C) | II | III | I |
D) | III | I | II |
E) | I | III | II |
2. Rütubət insanın həyatında nə kimi rol oynayır?
3. Niyə ətraf mühitin temperaturu yüksəldikdə havanın mütləq rütubəti artır?