Araşdırmanın təhlilindən məlum olur ki, buxarlanma istiliyi mayenin növündən və kütləsindən asılıdır:
Q = Lm.
Burada Q - buxarlanma istiliyi, m - mayenin kütləsi, L - mayenin xüsusi buxarlanma istiliyidir.
Mayenin xüsusi buxarlanma istiliyi eyni kütləli müxtəlif mayeləri buxara çevirmək üçün tələb olunan istilik miqdarlarını fərqləndirməkdən ötrü tətbiq edilən fiziki kəmiyyətdir.
Düsturu | Ölçü vahidi |
L = Q m |
[L] = 1C kq |
Tərifi | Tərifi |
Maddənin xüsusi buxarlanma istiliyi - ədədi qiymətcə qaynama temperaturunda götürülmüş 1 kq mayeni buxarlandırmaq üçün sərf olunan istilik miqdarina bərabər olan fiziki kəmiyyətdir. |
1C kq - qaynama temperaturunda götürülmüş elə mayenin buxarlanma istiliyidir ki, onun 1 kq-nı buxarlandırmaq üçün 1C istilik miqdarı sərf olunsun. |
Xüsusi buxarlanma istiliyi mayenin növündən və temperaturundan asılıdr. Cədvəl 3.5-də bəzi maddələrin xüsusi buxarlanma istiliyi verilir.
Cədvəl 3.5. Bəzi maddələrin xüsusi buxarlanma istiliyi (qaynama temperaturunda və normal atmosfer təzyiqində).
Maddə | L, MC/kq |
Maye hava | 0,2 |
Civə | 0,3 |
Efir | 0,4 |
Spirt | 0,9 |
Maye ammonyak | 1,4 |
Su | 2,3 |
Sabit temperaturda verilən kütləli buxar kondensasiya edərkən ayrılan istilik miqdarı həmin kütləli uyğun mayenin buxarlanması üçün tələb olunan istilik miqdarına bərabərdir.