Qabarcıqların üzərindəki su sütununun təzyiqi azaldığından onların həcmləri yuxarı hərəkət etdikcə artır, qabarcıqlardakı doymuş buxarın təzyiqi atmosfer təzyiqindən azca böyük olur və onlar partlayaraq buxarı atmosferə atır - qaynama baş verir.
Təcrübə göstərir ki, qaynama zamanı mayenin temperaturu dəyişmir.
Cədvəl 3.4-də normal atmosfer təzyiqində bəzi maddələrin qaynama temperaturu verilmişdir.
Cədvəl 3.4. Bəzi maddələrin normal atmosfer təzyiqində qaynama temperaturu.
Maddə | t, °C | Maddə | t, °C |
Hidrogen | -253 | Civə | 357 |
Oksigen | -183 | Qurğuşun | 1740 |
Efir | 35 | Mis | 2567 |
Spirt | 78 | Dəmir | 2750 |
Su | 100 | Qızıl | 2950 |
Qaynama temperaturu xarici təzyiqdən asılıdır. Xarici təzyiq artdıqda qaynama temperaturu yüksəlir, əksinə, xarici təzyiq azaldıqda qaynama temperaturu da aşağı düşür.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİNQaynama temperaturunda götürülmüş L, M, N və O mayelərindən L mayesi N mayesinə, M mayesi isə O mayesinə şəkildəki kimi batırılmışdır.
Belə halda:
Hansı seçimdə L, M, N və O mayelərinin qaynama temperaturları düzgün ifadə edilmişdir?
Seçim\Maddə | L | M | N | O |
A) | 60°C | 80°C | 50°C | -30°C |
B) | 60°C | -30°C | 50°C | 80°C |
C) | 50°C | 60°C | 80°C | -30°C |
D) | 50°C | 80°C | 60°C | -30°C |
E) | -30°C | 60°C | 80°C | 50°C |