Ucsuz-bucaqsız qumlu səhralıqlara aid filmlərə, fotoşəkillərə diqqət yetirsəniz, orada ara-sıra bitən yaşıl bitkiləri görmək olar.
Buxarın iki növü var: doyan və doymayan buxar. Ağzıbağlı qabda suyu tərk edən molekullar su səthi ilə qapaq arasındakı fəzaya keçir. Bəzi molekullar yenidən mayeyə qayıdır: qapaq bağlı olduğundan buxarın müəyyən hissəsi kondensasiya edir və mayeyə çevrilir.
Nəhayət, elə an gəlib çatır ki, vahid zamanda mayeyə qayıdan molekulların sayı mayeni tərk edən molekulların sayına bərabər olur. Bu hal dinamik tarazlıq adlanır. Dinamik tarazlıq halında qabdakı buxarın və mayenin miqdarı dəyişmir.
Doyan buxarın sıxlığı və təzyiqi nədən asılıdır?
Fərz edək ki, ağzıbağlı qabda maye və onun doyman buxarı vardır. Qab qızdırılır. Temperatur artdıqca
mayeni tərk edən molekulların sayı mayeyə qayıdan molekulların sayından çox olur. Bu halda dinamik
tarazlıq və buxarın doyan halı pozulur. Bir müddətdən sonra dinamik tarazlıq bərpa olur, lakin
qapalı fəzanın vahid həcminə düşən buxar molekullarının sayı artdığından doyan buxarın sıxlığı
artır. Sıxlıq artdıqca buxarın təzyiqi də artır.
Ağzıaçıq qabda isə dinamik tarazlıq halı yaranmır, çünki mayeni tərk edən molekulların çox hissəsi ətrafa yayılır. Belə buxar doymayandır.