Buxarlanma mayenin istənilən temperaturunda baş verir, lakin onun sürəti müxtəlif səbəblərdən asılıdır:
- buxarlanmanın sürəti mayenin növündən asılıdır. Məsələn, şüşə lövhə üzərinə eyni miqdarda su, spirt və günəbaxan yağı damcılatdıqda əvvəlcə spirt, sonra isə su tamamilə buxarlanır. Yağın tam buxarlanması isə günlərlə davam edə bilər;
- buxarlanmanın sürəti mayenin açıq səthinin sahəsindən asılıdır. Məsələn, stəkandakı çayı nəlbəkiyə tökdükdə daha tez buxarlanaraq soyuyur;
- buxarlanmanın sürəti mayenin və ətraf mühitin temperaturundan asılıdır. Məsələn, qızdırıcı yaxınlığına qoyulmuş stəkandakı su masa üzərində olan stəkandakı suya nisbətən daha tez buxarlanır;
- buxarlanmanm sürəti hava cərəyanından, havanın təzyiqindən və rütubətdən asılıdır. Məsələn, açıq eyvandan asılan yaş paltardakı su eyni temperaturlu küləkli havada küləksiz havaya nisbətən daha tez buxarlanır.
Molekulların mayenin səthini tərk etməsi ilə yanaşı, eyni zamanda əks proses də baş verir: maye səthində xaotik hərəkət edən molekulların bir hissəsi yenidən maye səthinə qayıdır.
Kondensasiya prosesində buxardan enerji ayrılır.
Bərk cisimlərin buxarlanma prosesi sublimasiya, əks proses isə desublimasiya adlanır.