ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
Maddə | L | M | N | O |
Xüsusi ərimə istiliyi (C/q) | 175,64 | 22,86 | 118,10 | 332,07 |
Kütlə (q) | 100 | 100 | 50 | 50 |
I sual. Bu maddələr ərimə temperaturunda eyni qızdırıcıda qızdırılarsa,
onlardan hansı daha tez əriyər? A) Yalnız L B) Yalnız M C) Yalnız N D) Yalnız O E) M və O |
II sual. Hansı maddənin tam əriməsi üçün daha çox istilik miqdarı sərf
olunar? A) Yalnız L B) Yalnız M C) Yalnız N D) Yalnız O E) M və O |
Şerlok Holms oğurluq baş verən əntiq əşyalar dükanına çağırılır. O, satıcını təəccüblə süzüb soruşur:
- | Siz sağlam ve hündürboy bir gənc olduğunuz halda oğrunu təqib edib onu asanlıqla yaxalaya bilərdiniz. Niyə bunu etmədiniz? |
- | Mən dərhal oğrunun arxasınca çölə atıldım, lakin şaxtalı küçəyə çıxan kimi eynəyimin şüşələri tərlədiyindən heç nə görə bilmədim və o qaçıb getdi, - deyə satıcı təəssüfləndi. |
Holms lupa ilə çölə çıxıb dərhal da geri qayıdaraq oğrunu asanlıqla tapdı.