Xüsusi ərimə istiliyi maddənin növündən asılıdır. Cədvəl 3.3-də bəzi maddələrin xüsusi ərimə istiliyi verilir.
Cədvəl 3.3. Bəzi maddələrin xüsusi ərimə istiliyi.
Maddə | λ,kC/kq | Maddə | λ,kC/kq | Maddə | λ,kC/kq |
Civə | 12 | Qızıl | 67 | Naftalin | 150 |
Oksigen | 14 | Polad | 84 | Mis | 210 |
Qurğuşun | 25 | Gümüş | 87 | Dəmir | 270 |
Qalay | 59 | Sink | 120 | Buz | 340 |
Hidrogen | 59 | Parafin | 150 | Alüminium | 390 |
Bərkimə prosesində maye daxili enerjisinin bir hissəsini ətraf mühitə verir. Ona görə də maye bərkiyərkən daxili enerjisi azalır.
Məsələ
Verilmiş kütləli qurğuşunun temperaturunun, onun aldığı istilik miqdarından asılılıq qrafikinə əsasən qurğuşunun yalnız əriməsinə sərf olunan istilik miqdarını təyin edin.
NƏ ÖYRƏNDİNİZ?
_ götürülmüş__maddənin əriməsi üçün verilən
istilik miqdarı__adlanır.
Maddənin__ 1 kq kristal maddəni ərimə temperaturunda
əritmək üçün lazım olan istilik miqdarına bərabər olan fiziki kəmiyyətdir.