Araşdırmada müəyyən etdiniz ki, ərimə istiliyi kristalın kütləsindən və növündən asılıdır:
Q = λm.
Burada Q — ərimə istiliyi, m — cismin kütləsi, λ — maddənin xüsusi ərimə istiliyidir. Xüsusi ərimə istiliyi 1 kq kütləli müxtəlif növ bərk cisimlərin ərimə temperaturunda tam əriməsi zamanı udulan istilik miqdarını fərqləndirmək üçün istifadə olunan fiziki kəmiyyətdir.
Düsturu | Ölçü vahidi |
λ = Q m |
[λ] = 1C kq |
Tərifi | Tərifi |
Maddənin xüsusi ərimə istiliyi - ədədi qiymətcə 1 kq kristal maddəni ərimə temperaturunda əritmək üçün lazım olan istilik miqdarına bərabər olan fiziki kəmiyyətdir. |
1C kq - elə xüsusi ərimə istiliyidir ki, ərimə temperaturunda olan 1 kq kristal maddəni əritmək üçün 1C istilik miqdarı sərf olunsun. |