Maye mətalların mövcud olması, məsələn, civənin və digər metalların müəyyən temperaturda əriməsi haqqında, yəqin ki, məlumatınız var. Lakin razılaşın ki, bərk metalın dondurma kimi əlimizdə əriyə bilməsi qeyri-adi hadisədir. Bu metal qallium adlanır. Qallium otaq temperaturunda əriyir: əgər qailiumu içərisində isti su olan stəkana daxil etsək, onun necə əridiyini aydın müşahidə etmək olar.
Görəsən, qallium hansı temperaturda bərkiyir?
Təchizat: buz kristalları (soyuducunun buz dolabında hazırlanmış), kolba, termometr, spirt lampası (və ya başqa qızdırıcı), ştativ, kibrit, dəliyi olan tıxac, saniyəölçən.
İşin gedişi:
Kolbaya temperaturu -5°C olan buz kristalları atın, termometr yerləşdirib tıxacla qapayın.
Cədvəl 3.1.
Zaman (t, dəq) | 0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | ... |
Temperatur (t, °C) |