-
Stəkanda 20°C temperaturunda kütləsi 50 q olan bitki yağı var. Onun üzərinə temperaturu 80°C olan
həmin yağdan 120 q əlavə edib ağzını bağladılar.
Stəkandakı bitki yağının ümumi θ
temperaturunu təyin edin (istilik itkisi və stəkanın istilik tutumu
nəzərə alınmır).
- Tapşırığı yerinə yetirmək üçün nə tətbiq olunmalıdır?
- Hesablamanın aparılması zamanı nəyi bilmək lazımdır?
AÇAR SÖZLƏR
İstilikvermə
Daxili enerji
İstilik balansı tənliyi
İstilik miqdarı
Təcrid olunmuş
NƏ ÖYRƏNDİNİZ?
Verilən açar sözlərə uyğun şəkilçiləri əlavə etməklə aşağıdakı cümlələri tamamlayın.
__sistemlərdə yalnız___ prosesi baş verirsə, bu
sistemin__saxlanılır. Təcrid olunmuş sistemdəki
isti cismin verdiyi__mütləq qiyməti sistemdəki soyuq
cismin
(və ya cisimlərin) aldığı istilik miqdarına bərabər olur. Bu bərabərlik adlanır.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
- İstilik balansı tənliyi hansı qanunauyğunluğu ifadə edir?
- Alüminium kürəciyi ∇t = 120°C qızdırmaq üçün ona 450 C istilik
miqdarı verildi. Bu kürəcik ∇t = 120°C soyuduqda ondan nə qədər istilik
miqdarı ayrılar? Cavabınızı əsaslandırın.
- Qabdakı qaynar suya (t = 100°C) kütlələri və başlanğıc temperaturları bərabər olan şüşə
və mis kürəciklər batırılır.
a) Kürəciklərin temperatur dəyişmələrini müqayisə edin.
b) Kürəciklərin aldıqları istilik miqdarları eyni olacaqmı?