Qeyd edək ki, təcrid olunmuş sistemlərdə cismin aldığı vəya verdiyi istilik miqdarını, habelə cismin xüsusi istilik tutumunu təyin etmək üçün kalorimetr adlanan cihazdan istifadə edilir (a).
Kalorimetr latınca calor - istilik və yunanca metreo - ölçmək sözlərindən yaranmışdır. Sadə məktəb kalorimetri silindrik formalı alüminium stəkandan ibarətdir. O, istilik təsirlərindən təcrid olunmaq üçün nisbətən böyük plastmas stəkanda yerləşdirilir. Plastmas stəkan termometr və qarışdırıcı üçün nəzərdə tutulan iki dəliyi olan qapaqla təchiz edilmişdir. Stəkanlar bir-birindən hava aralığı ilə təcrid olunur (b).
öyrəndİklərİnİzİ tətbİq edİn
Nəzrinə məsələnin həllində kömək edək:
Verilir | Həlli |
t1 = 18°C, m1 = 10kq, t2 = 88°C, θ = 38°C (θ-yunan hərfi teta), m2 - ? |
İsti suyun verdiyi istilik miqdarı: Q2 = cm2(θ - t2). Soyuq suyun aldığı istilik miqdarı: Q1 = cm1(θ - t1). İstilik balansı tənliyindən alırıq (istilik itkisi və vannanın istilik tutumu nəzərə alınmır): cm2 (θ - t2) = cm1 (θ - t1) və ya m2(t2 - θ) = m1 (θ - t1), m2 = m1(θ-t1) (t2-θ) |
Hesablanması m2 = m1(θ-t1) (t2 - θ) = 10kq · (38 - 18)°C (88 - 38)°C = 10kq · 20°C 50°C = 4kq. Cavab: 4 kq. |