Daxili enerjinin dəyişməsi yalnız mexaniki işgörmə, yalnız istilikvermə, eyni zamanda həm işgörmə və həm də istilikvermə ilə baş verə bilər:
- Cismin və ya bir neçə cisimdən ibarət sistemin daxili enerjisi yalnız mexaniki işgörmə ilə dəyişirsə, daxili enerjinin dəyişməsi görülən işə bərabərdir:
∇U = A.
- Sistemin daxili enerjisi yalnız istilikvermə ilə dəyişirsə, daxili enerjinin dəyişməsi sistemə verilən istilik miqdarına bərabərdir:
∇U = Q.
- Sistemin daxili enerjisi eyni zamanda mexaniki işgörmə və istilikvermə nəticəsində dəyişirsə, daxili enerjinin dəyişməsi görülən iş ilə istilik miqdarının cəminə bərabərdir:
∇U = A + Q.
Bu, istilik proseslərində enerjinin saxlanması qanununun ifadəsidir.
Uyğun proseslərdə sistemin daxili enerjisinin dəyişməsi aşağıdakı kimi müəyyən olunur: