NƏ ÖYRƏNDİNİZ?
Verilən açar sözlərə uyğun şəkilçiləri əlavə elməklə aşağıdakı cümlələri tamamlayın.
__tam yanması zamanı ayrılan enerji yanacağın__ adlanır. Yanacağın__- 1 kq kütləli yanacağın tam
yanarkən ayrılan istilik miqdarına bərabər fiziki kəmiyyətdir.
Kütləsi 250 q olan polad çubuğa 8 kC istilik miqdarı verdikdə o, 80°C temperatura qədər qızdı. Çubuğun başlanğıc temperaturunu təyin edin (hesablamalar üçün lazım olan əlavə məlumatı 2.1 cədvəlindən götürün).
İçərisində 16°C temperaturunda 3 l su olan çaydan qaz plitəsinin üzərinə qoyuldu. Bir müddətdən sonra su qaynadı. Suya verilən istilik miqdarını hesablayın (hesablamalar üçün lazım olan əlavə məlumatı 2.1 cədvəlindən götürün).
Maral saxlayanlar çadırlarını qızdırmaq üçün yanacaq kimi, adətən, balina piyindən istifadə edirlər.
I sual. Əgər 10 kq balina piyi tam yandıqda 350 MC istilik verirsə, onun xüsusi yanma istiliyi nəyə bərabərdir?
II sual. Çadırı daha yaxşı hansı yanacaq qızdırar: eyni miqdarda kerosin tam yandıqda, yoxsa balina piyi? Cavabınızı əsaslandırın.