Təcrübədən müəyyən olunmuşdur ki, 1 kq benzinin tam yanmasından 44 · 106C, həmin kütləli quru odunun tam yanmasından 11 · 106C istilik miqdarı ayrılır. Kütləsi 2 kq olan benzinin tam yanmasından 88 · 106C, həmin kütləli quru odunun tam yanmasından isə 22 · 106C istilik miqdarı ayrılır.
Müxtəlif yanacaq növü mövcuddur: odun, torf, daş kömür, neft, təbii qaz, spirt, benzin, dizel yanacağı, barıt və s. Lakin məişətdə elə yanacaq növlərindən istifadə etmək əlverişlidir ki, onlar təbiətdə geniş yayılsın, asan əldə edilsin və daşınsın, yanma zamanı böyük miqdarda istilik ayrılsın, tullantısı az və zərərsiz olsun.
Araşdırmanın təhlilindən məlum olur ki, yanacağın yanma istiliyi yanacağın kütləsindən və növündən asılıdır:
Q = qm.
Burada Q - yanacağın yanma istiliyi, m - yanacağın kütləsi, q — yanacağın xüsusi yanma istiliyidir.Yanacağın xüsusi yanma istiliyi eyni kütləli müxtəlif növ yanacaqların tam yanması zamanı ayırdıqları istiliyi fərqləndirmək üçün istifadə olunan fiziki kəmiyyətdir:
Düsturu | Ölçü vahidi |
q = Q m, |
[q] = 1 C kq |
|
|
Yanacağın xüsusi yanma istiliyi - ədədi qiymətcə 1 kq kütləli yanacağın tam yanarkən ayrılan istilik miqdarına bərabər fiziki kəmiyyətdir. |
1 C kq - elə yanacağın xüsusi yanma istiliyidir ki, bu yanacağın 1 kq-ı tam yandıqda 1C istilik miqdarı ayrılsın. |
Yanacağın xüsusi yanma istiliyi yanacağın növündən asılıdır. Cədvəl 2.2-də bəzi yanacaq növlərinin təcrübədən təyin edilmiş xüsusi yanma istiliyi verilir.