Diqqət!
Q = cm (t2 - t1) düsturu cisimdən ayrılan istilik miqdarını da
hesablamağa imkan verir. Soyuyan cismin son t2 temperaturu onun başlanğıc
t1 temperaturundan kiçik olduğundan cismin temperatur dəyişməsi mənfi qiymət
alır.
Ona görə də cisimdən ayrılan istilik miqdarı da mənfi qiymət alır ki, bu da həmin cismin
daxili enerjisinin azaldığını göstərir.
BİLİRSİNİZMİ?
2.1 cədvəlindən göründüyü kimi, suyun xüsusi istilik tutumu çox böyükdür. Ona görə də isti yay
aylarında Xəzər dənizi böyük miqdar istilik udaraq qızır. Nəticədə Xəzəryanı sahillərdə hava
nisbətən sərin olur. Qışda isə əksinə, dəniz suyu soyuyaraq ətrafa böyük miqdarda istilik
verdiyindən Xəzəryanı sahillərdə hava başqa yerlərə nisbətən mülayim keçir.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
ARAŞDIRMA-2
-
Müəllim Asif, Vasif və Ağasifə fizika dərsində belə bir eksperiment aparmaq təklif eldi:
- |
Verilən metallar dəstindən elə metal silindr seçin ki, eyni qızdırıcıdan istifadə etməklə onu
20°C temperaturdan 60°C temperatura qədər daha tez qızdırmaq mümkün olsun (silindrlərin
kütlələri eynidir).
|
Eksperiment üçün Asif polad. Vasif - alüminium, Ağasif isə mis silindr seçdi.
I sual.
|
Uşaqlardan kim düzgün metal seçərək tapşırığı ən tez, kim isə yanlış seçməklə
- ən gec yerinə yetirdi? Cavabınızı əsaslandırın.
|
II sual.
|
Həmin silindrlərin eyni şəraitdə 60°C temperaturdan 20°C temperatura qədər
soyuma sürətləri hansı ardıcıllıqla baş verər? Niyə?
|
-
Kütləsi 2 kq olan spirti 18°C temperaturdan 43°C temperatura qədər qızdırmaq üçün nə qədər istilik miqdarı tələb olunar?
Verilir |
Həlli |
Hesablanması |
m = 2 kq,
t1 = 18°C,
t2 = 43°C,
Cspirt = 2500 C kq · °C'
|
Q = cm(t2 - t1).
|
Q = 2500 · 2 · (43 - 18) X
x C kq · °C ·
kq · °C = 125000C =
= 125 kC.
|
Q - ? |
Cavab: 125 kC.
|
-
Kütləsi 0,05 kq olan cismin temperaturunu 200°C artırmaq üçün 4 kC istilik miqdarı sərf olundu.
Cisim hansı maddədən hazırlanmışdır?