Burada Q —istilik miqdarı, m — cismin kütləsi, t1 — cismin başlanğıc temperaturu, t2 — cismin son temperaturu, c — mütənasiblik əmsalı olub xüsusi istilik tutumu adlanır:
Düsturu | Ölçü vahidi |
c = Q m(t2 - t1) |
[c] = 1C kq · °C = 1C kq · K' |
Tərifi | Tərifi |
Xüsusi istilik tutumu - ədədi qiymətcə 1 kq kütləli maddəni 1°C (və ya 1K) qızdırmaq üçün tələb olunan istilik miqdarına bərabər fiziki kəmiyyətdir. |
1C kq · °C (və ya 1C kq · K ) - elə maddənin xüsusi istilik tutumudur ki, bu maddənin 1 kq-nı 1°C (və ya 1K) qızdırmaq üçün 1C istilik miqdarı sərf olunsun. |
Xüsusi istilik tutumu maddənin növündən asılıdır. Cədvəl 2.1-də bəzi maddələrin təcrübədən təyin edilmiş xüsusi istilik tutumları verilir.
Cədvəl 2.1. Bəzi maddələrin xüsusi istilik tutumu.
|
c, C kq · °C |
|
c, C kq · °C |
|
c, C kq · °C |
Qızıl | 130 | Polad | 500 | Hava | 1000 |
Civə | 140 | Çuqun | 540 | Bitki yağı | 1700 |
Qurğuşun | 140 | Daş | 800 | Su buxarı | 2000 |
Qalay | 230 | Şüşə | 840 | Buz | 2100 |
Gümüş | 250 | Mərmər | 840 | Kerosin | 2100 |
Mis | 400 | Kərpic | 880 | Spirt | 2500 |
Dəmir | 460 | Alüminium | 920 | Su | 4200 |
Xüsusi istilik tutumu ilə cismin kütləsinin hasilinə bərabər fiziki kəmiyyət cismin istilik tutumu (C) adlanır:
C = cm.
İstilik tutumu - ədədi qiymətcə verilmiş cismi 1°C (va ya 1K) qızdırmaq üçün sərf edilən istilik miqdarına bərabər olan fiziki kəmiyyətdir:
C = Q
(t2 - t1)
İstilik tutumunun vahidi :
[C] = [Q]
[t2 - t1]
= 1C
°C = 1C
K'