-
Termometrləri kolbalara daxil edin, 1-2 dəq gözləyin və mayelərin ilk temperaturunu qeyd edin
(b).
-
Laboratoriya stəkanlarına temperaturu 85 — 90°C olan eyni miqdarda isti su töküb 5 dəq sonra
termometrlərin göstəricilərini qeyd edin (c).
Nəticəni müzakirə edin:
- Verilən mayelərə eyni vaxtda eyni istilik miqdarı verildikdə nə müşahidə etdiniz?
- Verilən mayeləri müəyyən temperatura qədər qızdırmaq üçün ona verilən istilik
miqdarı nədən asılıdır?
AÇAR SÖZLƏR
İstilik miqdarı
Kütlə
Maddənin növü
Temperatur dəyişməsi
NƏ ÖYRƏNDİNİZ?
Verilən açar sözlərə uyğun şəkilçiləri əlavə etməklə aşağıdakı cümlələri tamamlayın.
İstilikvermə prosesində cismin aldığı və ya verdiyi
enerji __. Cismi qızdırmaq üçün tələb olunan istilik
miqdarı (və ya soyuyarkən ayrılan istilik miqdarı) bu
cismin __, onun __ və cismi təşkil edən __ asılıdır.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1. Daxili enerjinin istilikvermə ilə dəyişməsi hansı fiziki kəmiyyətlə xarakterizə olunur?
2. Nə üçün cismin temperaturu dəyişdikdə onun daxili enerjisi dəyişir?
3. Cisim soyuyarkən ayrılan istilik miqdarı nədən asılıdır?
4. İstilik miqdarının hansı vahidlərini bilirsiniz?