Qeyd.
İxtiyari fiziki kəmiyyətin
dəyişməsi bu kəmiyyət
qarşısında böyük yunan hərfi
delta (Δ) yazılmaqla işarə
olunur. Məsələn, əgər
cismin başlanğıc halındakı
temperaturu t1, istilik
mübadiləsindən sonrakı
temperaturu t2 olmuşdursa,
bu halda onun
temperatur dəyişməsi
belə yazılır:
Δt = t2 - t1
Əks prosesdə də qanunauyğunluq ödənir:
- Hansı halda daha çox istilik miqdarı tələb olunur: eyni kütləli və başlanğıc temperaturları eyni olan (məsələn, t1=18°C) iki sudun birincisini 50°C-yə, digərini 100°C-yə qədər qızdırdıqda?
Əlbəttə, otaq temperaturunda olan suyu qaynama temperaturuna qədər qızdırdıqda daha çox istilik miqdarı tələb olunar. Bu zaman ikinci suyun suyun temperatur dəyişməsi daha böyük olur:
∇t = t2 - t1 = 50°C - 18°C = 32°C
∇t = t2 - t1 = 100°C - 18°C = 82°C
- Başlanğıc temperaturları eyni olan hansı cismi eyni temperatura qədər qızdırmaq
üçün daha çox istilik miqdarı tələb olunar: 200 q suyu, yaxud 200 q
günəbaxan yağını?
Təcrübələr göstərir ki, bərabər kütləli müxtəlif cisimləri eyni temperatura
qədər qızdırmaq üçün onlara müxtəlif istilik miqdarı vermək lazımdır. Bu o
deməkdir ki:
Beləliklə:
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN