ARAŞDIRMA-1
- İstilik miqdarı kütlədən necə asılıdır?
Təchizat: laboratoriya stəkanı (300 ml, 2 əd.). kolba (150 ml, 2 əd.), dəliyi olan kolba tıxacı (2 əd.), isti su (500 ml), su (300 q, otaq temperaturunda), laboratoriya termometri (3 əd.).
İşin gedişi:
-
Kolbalardan birinə 100 q, digərinə 50 q su töküb tıxacla qapayın və laboratoriya stəkanında yerləşdirin,
- Termometləri kolbalara daxil edin, 1-2 dəq gözləyin və mayelərin başlanğıc temperaturunu qeyd edin (a).
- Laboratoriya stəkanlarına temperaturu 85 — 90°C olan eyni miqdarda isti su töküb termometriərin göstəricilərini müşahidə edin.
Nəticəni müzakirə edin:
- Kolbalardakı sulara eyni miqdarda istilik verdikdə nə müşahidə etdiniz: hansı kolbadakı su daha sürətlə qızmağa başladı?
- Eksperimentdən hansı nəticəyə gəlmək olar: verilən mayeni müəyyən temperatura
qədər qızdırmaq üçün ona verilən istilik miqdarı nədən asılıdır?
Araşdırmadan məlum oldu ki, eyni vaxtda stəkanlardakı sular eyni miqdarda
istilik almalarına baxmayaraq, böyük kütləli su kiçik kütləli suya nəzərən
daha az qızır.
-
Verilən cismi müəyyən temperatura qədər qızdırmaq üçün tələb olunan
istilik miqdarı bu cismin kütləsindən asılıdır.
Bu o deməkdir ki,
müxtəlif kütləli iki cismi eyni temperatura qədər qızdırmaq
üçün böyük kütləli cismə daha çox istilik miqdarı vermək lazımdır.