4. Venn diaqramında uyğun rəqəmləri qeyd edin.
1 — istilikvermənin növüdür o, toxunan cisimlərin molekullarının toqquşması və enerji mübadiləsi ilə
həyata keçir.
2 — istilikvermənin növüdür, o, ixtiyari cisim ətrafında yaranaraq həm mühitdə, həm də vakuumda
yayılır.
3 — istilikvermənin növüdür, o çox qızmış cismin şüalanması, şüalanmanın yayılması və onun
az qızmış
cisim tərəfindən udulması ilə həyata keçir.
4 — istilikvermənin növüdür, o, bir cismin hissələrinin molekullarının toqquşması və enerji
mübadiləsi ilə həyata keçir.
5 — cismin daxili enerjisinin dəyişməsinə səbəb olur.
5. Şəkidə qış aylarında havanın orta temperaturu -5°C, yay aylarında isə +28°C olur. Bu temperaturları Kelvinlə ifadə edin.
A) 278 K və 301 K.
B) 278 K və 245 K.
C) 268 K və 301 K.
D) 268 K və 245 K.
E) 5 K və 29 K.
6. Samir və Arzu mübahisə edirlər: qazlı su olan butulkanı kim daha tez soyudar? Samir
butulkanı qarın içində yerləşdirmək istəyir, Arzu isə - xırdalanmış buz parçalarının.
Necə düşünürsünüz, mübahisənin qalibi kim ola bilər? Cavabınızı əsaslandırın.