Şəkildə termosun kəsiyi təsvir edilmişdir. O, gövdə içərisində yerləşdirilmiş kolbadan ibarətdir. Kolba arasından havası çıxarılmış ikiqat şüşə qabdır. Onun səthi parlaq gümüşü təbəqə ilə örtülmüşdür. Niyə kolba parlaq təbəqə iiə örtülür və ikiqat divarlı hazırlanır?
Sınaq şüşəsində hava qızdırılır (a), su isə qaynadılır (b). Lakin əlimiz yüksək temperatur hiss etmir, nə üçün? Cavabınızı əsaslandırın.
I sual. Qütbçünün geyimi fizika nöqteyi-nəzərindən necə materialdan
tikilməlidir?
II sual. Qütbçü üçün belə paltar nə ola bilər? “Bəli" və ya “xeyr" cavabını seçin.
1 | İçərisinə qu tükü doldurulmuş papaqlı neylon kombinezon | bəli/xeyr |
2 | İpək parçadan tikilmiş şalvar, köynək və şərf | bəli/xeyr |
3 | Ayağa kip yapışan dəri avaqqabı | bəli/xeyr |
4 | Kürk | bəli/xeyr |
5 | Tüksüz və astarsız dəri əlcək | bəli/xeyr |
6 | Yun sapdan toxunmuş əlcək və papaq | bəli/xeyr |
III sual. Lakin geyim insan bədəninin istiliyini müvəqqəti saxlayır və əgər fövqəladə hadisə nəticəsində qütbçü uzun müddət, məsələn, 2-3 sutka açıq havada qalmaq məcburiyyətində qalarsa, o, təcili olaraq özünə ev tikməlidir, Arktikada isə yeganə tikinti materialı qardır. O, asanlıqla yonula bilir, an başlıcası isə qardan tikilən evin içərisində temperatur çöldəki temperaturdan 15 — 20°C yüksək olur. Qar niyə istiliyi uzun müddət saxlaya bilir?