BİLİRSİNİZMİ?
Bütün cisimlər temperaturundan asılı olaraq enerji şüalandırır və ya udur. Cismin temperaturu aşağı
olduqda o, gözəgörünməz şüalar buraxır. Temperatur yüksəldikcə cisim işıqlanmağa başlayır və görünən
şüalanma yaradır: əvvəlcə qırmızı, sonra narıncı, sarı və s. rəngdə işıqlanır. Təcrübədən müəyyən
edilmişdir ki, cismin temperaturu 5800°C olduqda o ən çox sarı rəngli şüalar buraxır. Bu əlamətə
əsasən, Günəşin səthindəki temperatur təyin olunmuşdur.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
ARAŞDIRMA-2
Şəkildə ocaq istisində əllərin və metal çubuğun qızdırılması təsvir edilmişdir. İstiliyin
istilikkeçirmə, konveksiya və şüalanma ilə verilməsi hansı rəqəmlə işarə edilmişdir?
Cavabınızı əsaslandırın.
AÇAR SÖZLƏR
Şüa
Şüaudma
Əks etdirmək
Şüalanma
NƏ ÖYRƏNDİNİZ?
_enerjinin bir cisimdən digərinə__(görünən və görünməyən) vasitəsilə verilməsidir. Tünd və açıqrəngli
səthlər
müxtəlif__qabiliyyətinə malikdir. Belə ki, tündrəngli səthlər
şüalanan enerjini daha yaxşı udur, açıqrəngli səthlər isə, əksinə, şüaları daha yaxşı__.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
- Şüalanma istilikvermənin digər növlərindən nə ilə fərqlənir?
- Nə üçün yayda ağ, qışda isə tündrəngli paltarlara üstünlük verilir?
- Nə üçün hislə örtülən qar təmiz qara nisbətən daha tez əriyir?
- Hansı torpaq günəş şüalarının təsiri ilə daha yaxşı qızır: qara torpaq, yoxsa qızılı? Cavabınızı əsaslandırın.