- 60 Vt-lıq lampanı yandırın və onu qəbuledicilərin arasında eyni məsafədə yerləşdirin. 1 dəq
gözləyin və manometrlərdə mayelərin səviyyələrinin dəyişməsini müşahidə edin (manometrlər istilik qəbuledisindəki havanın təzyiqini göstərir).
- Lampanı söndürüb onu 100 Vt-lıq lampa ilə əvəz edin və təcrübəni təkrarlayın.
Bu zaman manometrlərdə təzyiqin dəyişməsinə diqqət yetirin.
- İstilik qəbuledicisinin qara səthini lampaya tərəf yerləşdirin və manometri izləyin.
Nəticəni müzakirə edin:
- Niyə manometrlər fərqli təzyiqlər göstərdi (b və c)?
- Lampanı daha parlaq lampa ilə əvəz etdikdə manometrlərdə təzyiq necə dəyişdi?
- Qara səthli qəbuledicini lampanın altında yerləşdirdikdə manometrdə təzyiqin dəyişməsi sizə hansı
nəticəni çıxarmağa əsas verir?
- Lampadan istilik enerjisi qəbulediciyə hansı üsulla və hansı sürətlə verildi? Nə üçün istilikvermə
sürətlə baş verdi?
Yer atmosferindən kənardakı fəza - Günəş ilə Yer arasındakı kosmik fəza - demək olar, vakuumdur. Vakuumda
isə enerjinin istilikkeçirmə və konveksiya ilə verilməsi qeyri-mümkündür. Ona görə də
deyəndə ki, Günəşdən Yerə külli miqdarda enerji daxil olur, biz istilikvermənin yeni bir növü ilə
qarşılaşmış oluruq, bu, şüalanmadır.
-
Şüalanma — enerjinin bir cisimdən digərinə şüalar (görünən və görünməyən) vasitəsilə
verilməsidir.
Şüalanma istilikvermənin digər növlərindən bir neçə xassəsi ilə fərqlənir:
- vakuumda (heç bir maddə olmayan mühit) ötürülür;
- böyük məsafələrə yayılır;
- çox yüksək sürətlə (≈ 3 · 105 km
san) yayılır;
- bütün istiqamətlərə yayılır.
Şüalanma mənbəyi təbii və süni (insanların yaratdığı) ola bilər. Yer üçün ən böyük təbii şüalanma mənbəyi Günəşdir.