Qızdırıcı cihaza yaxın durduqda ondan isti havanın yayıldığını, yəqin ki, hiss etmisiniz. Belə
istilikvermə prosesini əlinizi yanan lampaya yaxınlaşdıranda da duyursunuz. Bütün bu hadisələrdə
qızdırıcının, yaxud lampanın yaxınlığındakı havanın qızma prosesi baş verir.
Nəticədə qızmış hava genişlənir ve onun sıxlığı azalır. Soyuq hava kütləsi qızmış hava kütləsinə Arximed
qüvvəsi ilə təsir edərək onu yuxarı itələyir.
İsti hava kütləsinin yerinə isə soyuq hava axır - qaz axını baş verir (c). Beləliklə,
qızdırıcının yaxınlığında yaranan hava seli araşdırma zamanı müşahidə etdiyiniz fırlanğıcı hərəkətə
gətirir və s.
Bəzən konveksiya prosesində yaranan maye və qaz axını konvektiv axın da adlandırılır.
Bərk cisimlərdə onları təşkil edən molekullar yerlərini sərbəst dəyişə bilmədiklərindən konveksiya
hadisəsi baş vermir.
Qalın qar örtüyü torpağı donmadan qoruyur. Səbəb qar dənəcikləri arasında qalan havanın istiliyi pis keçirməsidir. Lakin qarla örtülməyən torpaq da hava qatı altındadır, bəs nə üçün çılpaq (qarsız) torpaq soyuqdan donur? Buna səbəb havanın istilik izolyasiyasını daim neytrallaşdıran konveksiyadır. Belə ki, torpaqla istilik təmasında olan hava həmişə konvektiv hərəkətdə olur: