- Sınaq şüşəsinə yarıdan yuxarı su töküb içərisinə buz parçası salın. Buz səthə qalxmasın deyə
onun
üzərinə qayka yerləşdirin.
-
Sınaq şüşəsini şəkildə təsvir edildiyi kimi ştativə bərkidin və yuxarı hissədən spirt lampası
ilə qızdırın (a).
-
Suyun hansı hissəsinin qaynadığını və bu zaman buz parçasının əriyib-ərimədiyinə diqqət yetirin.
Nəticəni müzakirə edin:
- Sınaq şüşəsindəki suyu qızdırdıqda nə müşahidə etdiniz?
- Nə üçün suyun qızdırılan hissəsinin qaynamasına baxmayaraq buz parçası ərimədi?
- Mayenin istilikkeçirmə qabiliyyəti haqqında hansı nəticəyə gəldiniz?
II mərhələ.
- Quru sınaq şüşəsini ortasından metal mil keçirilmiş tıxacla qapayın.
- Milin kənarda qalan ucundan tutub sınaq şüşəsini spirt lampasında qızdırın (b).
Nəticəni müzakirə edin:
- Sınaq şüşəsini qızdırdıqda metal milin də eyni zamanda isindiyini hiss etdinizmi? Nə üçün?
Cavabınızı əsaslandırın.
BİLİRSİNİZMİ?
Hava mis cisimlə müqayisədə istiliyi ≈20000 dəfə pis keçirir. Vakuumda isə atom və molekul
olmadığından onun istilikkeçirmə qabiliyyəti də sıfıra bərabərdir.
AÇAR SÖZLƏR
İstilikkeçirmə
Maddə daşınması
Enerji
NƏ ÖYRƏNDİNİZ?
__cismin bir hissəsindən digər hissəsinə, yaxud bir-birinə
toxunan bir cisimdən digərinə verilməsi prosesi
adlanır. İstilikkeçirmədə yalnız enerji daşınır, __baş
vermir.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
- Nə üçün havanın istilikkeçirməsi misin istilikkeçirmə qabiliyyətindən çox-çox zəifdir?
- Daxili enerjinin istilikkeçirmə ilə dəyişməsində nə daşınır?
- Soyuq qışda elə il olur ki, tarlalardakı payızlıq taxıl
sahələri donmur, elə il də olur ki, donur. Nə üçün? Cavabınızı əsaslandırın.
- Metalların yaxşı istilikkeçirmə qabiliyyətindən hansı məqsədlər üçün istifadə edilir? Misallar
göstərin.