ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
Təchizat: qalındivarlı şüşə qab, rezin
tıxac, şlanq, hava nasosu, ip.
İşin gedişi:
Araşdırma belə izah olunur: qaba hava vurmaqla iş görülür. Qabdakı molekulların miqdarı çoxalır, onların sürətləri və qarşılıqlı təsirləri artır. Nəticədə havanın daxili enerjisi və temperaturu yüksəlir. Sonra sıxılmış hava tıxacı itələməklə iş görür, bu zaman onun daxili enerjisi azalır və qabdakı havanın temperaturu aşağı düşür - qabda duman yaranır.
Çaydanı soyuq altlıq üzərinə qoyduqda bır müddətdən sonra ondakı su soyuyur. Çaydanı pilətədə qızdırdıqda isə, əksinə, suyun temperaturu yüksəlir və o qaynayır. Buz parçalarını stəkana atdıqda su soyuyur.