ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
İki eyni kolba manometrlərə birləşdirilmişdir. Kolbalardan biri içərisində isti
su olan qaba, digəri isə soyuq su olan qaba daxil edilir. Müəyyən edin:
1. Hansı qabdakı su daha istidir?
2. Hansı kolbadakı havanın daxili enerjisi artdı, hansında - azaldı? Nə üçün?
NƏ ÖYRƏNDİNİZ?
Sxemi iş vərəqinə çəkin və verilən açar sözlərdən istifadə edərək onu tamamlayın.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1. Hansı enerji cismin daxili enerjisidir?
2. Cismin tam enerjisi nədən ibarətdir?
3. Cismin daxili enerjisi nədən asılıdır?
4. Mexaniki enerjinin daxili enerjiyə çevrilməsinə aid misallar söyləyin.