ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
- Bədənin hansı hissələri cərəyanı yaxşı keçirir?
- Təsvirləri şərh edin.
-
İnsan bədəninin elektrik müqaviməti demək olar, dəri səthinin üst qatının (epidermis) müqaviməti ilə müəyyən olunur. Nazik, zərif, tərli (və ya nəm) dəri, habelə zədəli dəri elektrik cərəyanını yaxşı keçirir. Əksinə, quru və sərtləşmiş dəri isə cərəyanı çox pis keçirir. Dərinin vəziyyətindən və cərəyanın istiqamətindən asılı olaraq insan bədəninin müqaviməti 9,5÷1 Om-dan 100 kOm-a qədər qiymətlər ala bilir. Müəyyən olunmuşdur ki, insanın tərli əlləri arasında elektrik gərginliyinin 220 V qiymətində onun bədəninin müqaviməti 1,5 kOm-a bərabərdir.
I sual. Verilən məlumatlara əsasən insan bədənindən keçən uyğun cərəyan şiddətini
təyin edin.
II sual. İnsan bədəninin elektrik müqavimətinin hansı qiymətində 220 V gərginlikli cərəyan onun üçün ölümcül olar?