İnsan bədənində cərəyan ionlarla yaranır. Bunlar dəmir, kalsium, fosfor, kalium, natrium və digər kimyəvi elementlərin ionlarıdır. Cərəyanın insan bədənindən keçməsi bir sıra fizioloji hadisələrlə müşayiət olunur. Bədəndən cərəyan keçdikdə qıcıqlanma, əzələ yığılması, tənəffüs pozğunluğu, iflicolma və hətta ölüm hadisəsi ola bilər. Cərəyanla zədələnmənin nəticəsi insan bədənindən keçən cərəyan şiddətindən, cərəyanın xarakterindən (sabit və ya dəyişən cərəyan olmasından), cərəyanın bədəndən keçmə müddətindən və yolundan asılıdır. Cərəyanın ürəkdən və beyindən axması olduqca təhlükəlidir.
6.3 cədvəlində yaşlı insanda əl-əl və əl-ayaq istiqamətində axan cərəyan təsirlərinin cərəyan şiddətindən asılılığı göstərilmişdir.
Cədvəl 6.3.
Cərəyan şiddəti (mA) |
Cərəyan təsirləri | |
Sabit cərəyan | Dəyişən cərəyan (v = 50 Hs) | |
2-3 | Hiss olunmur | Əlin barmaqlarının güclü titrəməsi |
5-10 | Qızma hiss olunur | Ağrılar hiss olunur. Əllər qıc olur |
12-15 | Qızma güclənir | Barmaqlarda və əllərin sümüklərində güclü ağrılar. 5-10 san dözümlüdür |
20-25 | Qızmanın daha da güclənməsi. Əllərin əzələləri azca yığılır | Əllər iflic olur, onları naqildən ayırmaq olmur. Nəfəsalma çətinləşir. 5 san dözümlüdür |
50-80 | Əllərin əzələləri yığılır. Nəfəsalma çətinləşir | Nəfəsalmanın iflici. Ürək fəaliyyətinin pozulması |
90-110 | Nəfəsalmanın iflici | Nəfəsalmanın iflici. 3 san və daha çox davam etdikdə ürəyin iflici. Ölüm |
Cədvəldən görünür ki, cərəyan şiddətinin 100 mA qiymətində ölüm hadisəsi ola bilər. Bədənin müqaviməti sabit deyil. Müqavimət insanın halından, onun dərisindən, dəridə tərin olub-olmamasından asılıdır. Quru və bərkləşmiş dərinin müqaviməti çox böyük, nazik, incə və nəm dərinin müqaviməti isə kiçikdir. Bir əlin barmaqlarından digər əlin barmaqlarına qədər quru dərinin müqaviməti təqribən 105 Om-dur. Əllər tərli olduqda isə müqavimət 1500 Om tərtibindədir. Bu müqavimətlərə uyğun ölüm halı yarada bilən gərginlikləri hesablayaq:
Uquru = 100 · 10-3 A
· 10-5 Om = 10000 V;
Uyaş = 100 · 10-3 A
· 1500 Om = 150 V.