Bu iş işlədicinin cərəyan mənbəyindən aldığı W elektrik enerjisinə bərabərdir.
Məsələn,
gücü P = 1800
Vt olan elektrik qızdırıcısı bir ay ərzində (30 sutka) fasiləsiz işlədikdə onun cərəyan mənbəyindən
aldığı enerji:
W = Pt = 1800 Vt · 3600 san · 24 · 30 = 46,656 · 108C = 4665600 kC
olar.
Çox vaxt elektrik enerjisi hesablanarkən onun qiyməti coulla deyil, kilovat-saatla ifadə edilir:
1 kVt · saat = 1000 Vt · 3600 san = 3600 kC.
Beləliklə, elektrik qızdırıcısı bir ay ərzində:
W = 4665600 · 1 kVt · saat
3600
= 1296kVt · saat,
elektrik enerjisi işlətmişdir. Nəzərə alsaq ki hazırda respublikamızda 1 kVt · saat elektrik enerjisi 7 qəpikdir (0,07 man), gücü 1800 Vt olan elektrik qızdırıcısının bir ay ərzində fasiləsiz işlətdiyi enerji üçün
0,07 man · 1296 = 90 man 72 qəp
ödənilməlidir.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİNHəyətyanı sahəni işıqlandırmaq üçün istifadə edilən gücü 150 Vt olan lampanı gündüzlər söndürmək unudulduğundan o, fasiləsiz şəkildə bir ay yanılı vəziyyətdə qalmışdır. Hər 1 kVt x saat enerjinin qiymətinin 7 qəpik olduğunu nəzərə alaraq ayın tamamında bu lampanın istifadə etdiyi elektrik enerjisi üçün nə qədər ödəniş edilməlidir?
NƏ ÖYRƏNDİNİZ?
Elektrik__cərəyanın__bu işi görməyə sərf edilən zamana
nisbətinə bərabərdir. Elektrik cərəyanının gücü__ilə gərginliyin
hasilinə bərabərdir.__- gücü 1 kVt olan elektrik cərəyanının 1
saatda gördüyü işə bərabərdir.