Elektrik cərəyanının gücü - elektrik enerjisinin verilmə yeyinliyi və ya elektrik enerjisinin digər enerji növlərinə çevrilmə yeyinliyini göstərən fiziki kəmiyyətdir
P = A
t. (1)
Burada P - cərəyanın gücüdür. (1) ifadəsində A = I · U · t düsturunu nəzərə alsaq:
P = IUt
t = IU .
(2)
Elektrik cərəyanının gücü BS-də vatt (Vt) ilə ifadə olunur.
1 Vt = 1 C/san.
Güc düsturundan göründüyü kimi, 1Vt = 1A · V.
Elektrik cərəyanının gücü (1) və (2) düsturları ilə yanaşı, (3) və (4) düsturları ilə də hesablana bilir:
P = U2
R. (3)
P = I2R. (4)
İxtiyari birləşmədə xarici dövrədəki (cərəyan mənbəyindən kənar dövrə) cərəyanın gücü dövrənin ayrı-ayrı hissələrinin gücləri cəminə bərabərdir. Elektrik işlədicisinin gücünü bilməklə verilən müddətdə elektrik cərəyanının gördüyü işi hesablamaq olar:
A = Pt. (5)