Cismi (plastilin kürəni) yuxarı qaldırıb saxladıqda o, potensial enerji ya malik olur. Kürə sərbəst buraxıldıqda onun döşəmədən olan hündürlüyü tədricən azalır, lakin sürətli artır. Uyğun olaraq, kürənin potensial enerjisi azalır, kinetik enerjisi isə artır. Kürənin döşəmədəki lövhəyə zərbə anında onun potensial enerjisi kinetik enerjiyə çevrilir. Lakin lövhəyə dəydikdə plastilin kürə ona “yapışaraq” dayanır, Kürə həm potensial, həm də kinetik enerjisini itirir - "Mexaniki enerjinin saxlanması qanunu pozuldu!”
Lövhəyə zərblə dəyərək onun səthinə yapışan plastilin kürənin molekulları “həyəcanlanır”. Bu, kürənin deformasiya etməsi və temperaturunun yüksəlməsi ilə müşayiət olunur. Temperaturun yüksəlməsi molekulların orta kinetik enerjilərinin artması, deformasiyası isə molekullararası məsafələrin və qarşılıqlı təsirlərin dəyişməsi deməkdir. Beləliklə, plastilin kürənin mexaniki enerjisi itmir, o, cismin daxili enerjisinə - molekulların kinetik və qarşılıqlı təsirlərinin potensial enerjisinə çevrilir.
Daxili enerji U hərfi ilə işarə edilir və BS-də vahidi couldur (1C).
E = EMex + U = EK + Ep + U.
Cismin kütləsini ondakı bütün molekulların ümumi kütləsi təşkil edir. Daxili enerji cismi təşkil edən bütün molekulların kinetik və potensial enerjilərinin cəmindən ibarət olduğuna görə digər bərabər şəraitdə (temperaturun və təzyiqin sabit qiymətlərində) kütləsi böyük olan cismin daxili enerjisi də böyükdür.