Naqilin en kəsiyindən keçən yükün miqdarı cərəyan şiddəti ilə yükün keçmə müddətinin hasilinə bərabər olduğundan: q = It, elektrik cərəyanının gördüyü iş aşağıdakı kimi olar:
A = IUt. (1)
İş BS-də coulla ölçüldüyündən sonuncu düsturdan alınır:
1C = 1 A · V · san.
(1) düsturunda U = IR və ya
I = U
R
(Om qanununa əsasən) ifadələri nəzərə alınarsa, elektrik cərəyanının gördüyü işi:
A = I2Rt, (2)
A = U2
Rt (3)
kimi yazmaq olar. Ardıcıl birləşmədə cərəyan şiddəti eyni olduğundan (2) düsturundan, paralel birləşmədə isə gərginlik eyni olduğundan (3) düsturundan istifadə etmək əlverişlidir.
Enerjinin saxlanması qanununa əsasən, tərpənməz metal naqildə cərəyanın gördüyü iş yalnız onun daxili enerjisinin artmasına - naqilin qızmasına sərf olunur. Nəticədə naqildən Q istilik miqdarı ayrılır:
A = Q .
Buradan alınır ki:
Q = IUt.
Araşdırmalardan iki qanunauyğunluq müəyyən olunmuşdur:
Q = l2Rt.
Kəmiyyətlər arasındakı bu münasibəti təcrübi olaraq ilk dəfə ingilis alimi C.Coul və rus alimi E.Lens kəşf etdiyindən o, Coul-Lens qanunu adlandırılmışdır: