-
Üç eyni lampa dövrəyə şəkildəki kimi birləşdirilmişdir.
I sual. Dövrədəki A1, A2, və A3 ampermetrlərinin göstəriciləri arasında münasibət hansı diaqramda düzgün göstərilmişdir?
II sual. Qapalı dövrədə hansı lampa daha parlaq işıqlanar?
III sual. Verilən dövrə sxemini necə sadələşdirmək olar?
6.11. Elektrik cərəyanının işi. Coul-Lens qanunu
Siz bilirsiniz ki, naqildən elektrik cərəyanının keçməsi özünü
müxtəlif təsirlərlə (istilik, maqnit, kimyəvi) büruzə verir. Bu təsirlərin hər birində elektrik
cərəyanının enerjisi başqa növ enerjiyə (daxili, mexaniki, kimyəvi) çevrilir. Enerjinin çevrilmə prosesi
isə işgörmənin nəticəsidir. Deməli, naqildən keçən elektrik cərəyanı iş görür.
- Elektrik cərəyanının gördüyü işi təyin etmək üçün nəyi ölçmək lazımdır?
Məlumdur ki, elektrik sahəsinin gördüyü iş naqilin en kəsiyindən keçən q
elektrik yükünün miqdarından və bu naqilin uclarındakı
U gərginliyindən asılıdır:
A = qU.