I qanunauyğunluq: paralel birləşdirilmiş naqillərin uçlarındaki gərginlik eynidir:
U1 = U2 = U. (1)
Nə üçün?II qanunauyğunluq: dövrənin budaqlanmayan hissəsindəki cərəyan şiddəti paralel birləşdirilmiş ayrı-ayrı naqillərdəki cərəyan şiddətinin cəminə bərabərdir:
I = I1 + I2 (2)
Elektrik dövrəsinin sxemindən görünür ki, dövrə B nöqtəsindən budaqlanır (ayrılır). Cərəyanın bir hissəsi 1 lampasından, digər hissəsi isə 2 lampasından keçərək A nöqtəsində yenidən birləşir (d).
III qanunauyğunluq: paralel birləşdirilmiş naqillərin ümumi müqavimətinin tərs qiyməti ayrı-ayrı naqillərin müqavimətlərinin tərs qiymətlərinin cəminə bərabərdir.
1
Rρ =
1
R1 + 1
R2... . (3)
Bu necə müəyyən olunmuşdur? Lampalann müqavimətləri uyğun olaraq R1 və R2 ilə işarə olunub, (1) və (2) ifadələri Om qanununda nəzərə alınmışdır (bax: d):
Burada Rρ - paralel birləşdirilmiş naqillərin ümumi müqavimətidir. (3) ifadəsindən göründüyü kimi, paralel birləşmiş iki naqildən ibarət dövrə hissəsinin ümumi müqaviməti aşağıdakı düsturla hesablanır:
Rρ = R1 · R2
R1 + R2.
Buna uyğun olaraq eyni R müqavimətli n sayda naqilin paralel birləşməsindən ibarət dövrə hissəsinin ümumi müqaviməti bir naqilin müqavimətindən n dəfə kiçikdir:
Rρ = R
n.