Ardıcıl birləşdirilən elektrik dövrələrini araşdırarkən ampermetr və voltmetrdən istifadə etdiniz.
- Voltmetri dövrəyə necə birləşdirdiniz?
- Paralel birləşmə nədir?
- Praktikada hansı birləşmədən daha çox istifadə olunur. Nə üçün?
ARAŞDIRMA-1
- Nə üçün digər cihazlar işləyir?
Mənzildə çox vaxt elektrik cihazlarını (məsələn: qızdırıcı, tozsoran, çilçıraq və s.) eyni cərəyan
dövrəsinə qoşmaq və onların hər birini ayrılıqda işə salıb söndürmək zərurəti yaranır
(a). Lakin cihazlardan birini söndürdükdə digər cihazlar sönmür və işlərini davam
edə bilir. Şəkildə bu cihazların mənzildəki elektrik dövrəsinə birləşdirilmə sxemi təsvir edilmişdir
(b). Təsviri diqqətlə nəzərdən keçirin.
Nəticəni müzakirə edin:
- Elektrik cihazlarının birləşməsində xarakterik cəhət nədir?
- Nə üçün cihazlardan birinin dövrədən açılması (söndürülməsi) digər cihazlara heç bir təsir etmir?
Praktikada, məişətdə elektrik işlədicilərinin ardıcıl birləşməsinə nisbətən paralel
birləşməsinə daha çox rast gəlinir.
-
Paralel birləşmə elə birləşməyə deyilir ki, bütün naqillərin bir ucu dövrənin eyni bir nöqtəsinə
(məsələn, A nöqtəsinə), digər ucu isə dövrənin digər eyni nöqtəsinə (məsələn,
B nöqtəsinə) birləşdirilsin (bax: b və c).
Paralel birləşmədə üç qanunauyğunluq ödənilir.