1.4. Daxili enerji
Çox qədimlərdə insanlar cisimləri bir-birinə sürtər və sürtünən yerə quru çöplər
yaxınlaşdırmaqla od əldə edərdilər.
-
Çöplərin alovlanmasına səbəb nədir?
Mis
məftili eyni yerdən bir-neçə dəfə qatlayıb düzəldin. Bu zaman həmin yerin bir
qədər qalınlaşdığını və eyni zamanda xeyli qızdığını müşahidə edirsiniz.
- Məftilin qatlanan yerinin qalınlaşmasının və qızmasının səbəbi nədir?
ARAŞDIRMA-1
- Mexaniki enerji hara yox oldu?
Təchizat: plastilin kürə (diametri 6–8sm), metal lövhə, elektron
termometr.
İşin gedişi:
- Kürə və lövhənin temperaturlarını ölçüb iş vərəqində qeyd
edin.
- Lövhəni döşəmədə yerləşdirin və kürəni 1,5 m hündürlüyündən
onun üzərinə sərbəst buraxın.
-
Kürə lövhənin səthinə düşüb dayanır.
Bu zaman:
- onların qarşılıqlı təsirindən sonrakı temperaturlarını ölçüb
iş vərəqində qeyd edin;
- kürənin necə deformasiya etməsinə diqqət yetirin.
Nəticəni müzakirə edin:
- Sərbəstdüşmə halında kürədə hansı enerji çevrilməsi baş verir?
- Kürə lövhənin səthinə düşərək dayandı, bu zaman kürənin mexaniki enerjisi yox
oldumu? Demək olarmı ki, enerjinin saxlanması qanunu pozuldu?
- Kürə lövhənin səthinə düşdükdən sonra onun formasında hansı dəyişiklik baş
verdi?
- Qarşılıqlı təsirdən sonra kürə və lövhənin temperaturunun yüksəlməsindən, kürənin
formasının deformasiyaya məruz qalmasından hansı nəticəyə gəlmək olar?