“Od çərşənbəsi”ndə dostlarınla həyətdəki şənliyi yadınıza salın. Siz
bir-birinizin əlindən tutub
tonqal ətrafında halay gedirdiniz.
- “Fizika dilində desək”, sizin belə əl-ələ tutmağınız elektrik dövrəsində naqillərin necə
birləşməsinə bənzəyir?
Yeni ildə bəzədiyiniz küknar ağacının işıq çələngini şəbəkəyə qoşduqda bütün lampalar işıqlanır. Lakin
lampadan birini açıb dövrədən çıxardıqda digər lampalarda sönür.
- Nə üçün işıq çələngindəki lampalardan birini açdıqda digər lampalar da sönür?
ARAŞDIRMA-1
- Ardıcıl birləşdirilmiş naqillərdə cərəyan şiddəti
Təchizat: cərəyan mənbəyi (düzləndirici), lampa (2 əd.), ampermetr (3 əd.), açar və
birləşdirici naqillər.
Araşdırmanın gedişi:
-
Şəkildə təsvir edilən cərəyan mənbəyi, üç ampermetr, iki lampa və açardan ibarət elektrik
dövrəsinin sxemini iş vərəqinə çəkin (a).