Uzunluğu 25 m və en kəsiyinin sahəsi 1 mm2 olan mis naqilin müqaviməti nəyə bərabərdir?
Elektrik plitəsindəki nixrom məftilin diametri 0,5 mm, müqaviməti isə 49,5 Om-dur. Məftilin uzunluğunu hesablayın (nixrom üçün ρ = 1,1 Om · mm2
m).
En kəsiyinin sahəsi 0,2 mm2 olan nikelin naqil 4,5 V gərginlik mənbəyinə birləşdirildikdə ondan keçən cərəyan şiddəti 300 mA oldu. Naqilin uzunluğunu təyin edin.
Uzunluğu 200 m və en kəsiyinin sahəsi 2 mm2 olan dəmir sarğının müqavimətini təyin edin.
Reostat uzunluğu 50 m, en kəsiyinin sahəsi 1 mm2 olan nikelindən hazırlanmışdır. Reostatın uclarındakı gərginlik 45 V-dursa, ondan keçən cərəyan şiddəti nə qədərdir?
Uzunluğu 20 m, en kəsiyinin sahəsi 0,8 mm2 olan nixrom naqildəki cərəyan şiddəti
0,4 A-dir.
Naqilin uclarındakı gərginlik neçə voltdur (nixrom üçün ρ = 1,1Om · mm2
m)?