Lalə və Əhməd dərsdə sadə reostat modeli hazırlayıb onu şəkildə təsvir olunan elektrik dövrəsində
yoxlayırlar. Onlar reostatın sürgüsünü hərəkət etdirdikcə modelin 1,2 və 3 nöqtələrindəki çərçivələrə
lampanın uyğun parlaqlığını əks etdirən rəsmləri yapışdırmalıdırlar.
I sual. Lalə və Əhməd modelin həmin nöqtələrindəki çərçivələrə L, M və N lampa rəsmlərini hansı
ardıcıllıqla yapışdırsalar, məqsədlərinə çatarlar?
II sual. Lalə və Əhmədin hazırladıqları dövrəni sxematik necə təsvir etmək olar?
NƏ ÖYRƏNDİNİZ?
Açar sözlərdən istifadə edərək cədvəlin boş xanalarını doldurun:
Fiziki kəmiyyət |
Naqilin uzunluğundan |
Naqilin en kəsiyinin sahəsindən |
Naqilin hazırlandığı maddədən |
Xüsusi müqavimət |
... | ... | ... |
Naqilin müqaviməti |
düz mütənasib asılıdır |
... | ... |
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1. Naqilin müqaviməti nədən asılıdır?
2. Uzunluğu 100 metr, en kəsiyinin sahəsi 2 mm2 olan gümüş naqilin müqavimətini
hesablayın ( π = 3; ρgümüş = Om · mm2
m)
3. Naqilin uzunluğunu üç dəfə artırıb en kəsiyinin sahəsini üç dəfə azaltsaq, onun müqaviməti necə dəyişər?