Elektrik dövrəsində cərəyan şiddətini tənzimləmək üçün sürgülü reostatdan geniş istifadə edilir. Reostatın iş prinsipi naqilin uzunluğuna əsasən müqavimətin dəyişdirilməsinə əsaslanmışdır. O, saxsı silindr səthinə sarınmış böyük xüsusi müqavimətə malik nikelin (və ya digər ərinti) məftildən ibarətdir (a).
Məftilin bir ucu (1) sıxacına bağlanır. Çox kiçik müqavimətli naqil (3) boyunca hər iki tərəfdən sarğılara sıxılmış latun sürgü (4) sürüşə bilir. Sürgü dövrəyə (2) sıxacı vasitəsilə əlaqələndirilir.
Reostatın elektrik dövrəsinə qoşulmasının şərti işarəsi göstərilmişdir (b).
Reostatın iş prinsipi elektrik dövrəsinin sxemində daha aydın görünür (c).
Dövrənin tam müqaviməti lampanın RL və reostatın dövrəyə qoşulan
məftilinin (ştrixlənmiş hissə) R1 müqavimətlərindən ibarətdir.
Reostatın ştrixlənməyən hissəsi dövrədə iştirak etmir.
Sürgünü sürüşdürməklə, yəni reostatın dövrəyə qoşulan hissəsinin uzunluğunu artırıb-azaltmaqla
Rr müqavimətini də artırıb-azaltmaq olur. Bununla da dövrədə cərəyan
şiddətini artırıb, azaltmaq olur.