Beləliklə, naqilin müqavimətinin asılılıq düsturu belə yazılır:
R = ρl
S
Burada R - naqilin müqaviməti, l - naqilin
uzunluğu, S - naqilin en kəsik sahəsi, ρ - naqilin
xüsusi müqavimətidir. Xüsusi müqavimət naqilin hazırlandığı maddənin növündən və temperaturundan
asılı olan fiziki kəmiyyətdir. Cədvəl 6.2-də bəzi maddələrin 20°C temperaturdakı xüsusi
müqavimətləri göstərilir.
Naqilin uzunluğu l = 1 m, en kəsik sahəsi S = 1 m2 olduqda
ρ = RS
l
düsturundan alınır:
Xüsusi müqavimət — ədədi qiymətcə uzunluğu 1m, en kəsiyinin sahəsi 1m2 olan naqilin müqavimətidir. Xüsusi müqavimətin BS-də vahidi om · metrdir (1 Om·m):
[ρ] = [R ] · [S ]
[l ]
= 10m · 1m2
1m
= 10m · m.
Naqilin en kəsik sahəsi kiçik olduğundan o, mm2 ilə işarə edilir. Bu halda naqilin
xüsusi
müqaviməti [ρ] = 1Om · mm2
m
vahidi kimi də işarə olunur.
Cədvəl 6.2. Bəzi maddələrin xüsusi müqaviməti (t = 20°C temperaturda).
Maddə |
ρ,Om · mm2 m |
Maddə |
ρ,Om · mm2 m |
Gümüş | 0,016 | Manqanin (ərinti) | 0,43 |
Mis | 0,017 | Konstantan (ərinti) | 0,5 |
Qızıl | 0,024 | Civə | 0,96 |
Alüminium | 0,028 | Nixrom (ərinti) | 1,1 |
Volfram | 0,055 | Fexral (ərinti) | 1,3 |
Dəmir | 0,1 | Qrafit | 13 |
Qurğuşun | 0,21 | Saxsı | 1019 |
Nikelin (ərinti) | 0,4 | Ebonit | 1020 |