Sonra isə spiralin 1-2 sıxaclarını dövrəyə qoşmaqla nixrom spiralin
yarısından keçən cərəyan şiddətini ölçün və onları müqayisə edin.
-
Əvvəlcə 1-3 sıxaclarına bərkidilən bir spiraldan, sonra isə 4-5
sıxacına qoşulan iki spiraldan keçən cərəyan şiddətlərini ölçün və onları müqayisə edin.
-
Ardıcıl olaraq 1-3 və 6-7 sıxaclarını dövrəyə qoşmaqla uzunluqları
və en kəsik sahələri bərabər olan nixrom və dəmir spirallardan keçən cərəyan şiddətlərini ölçün və
onları müqayisə edin.
-
Elektrik dövrəsinin şəklini iş vərəqinə çəkin və aldığınız nəticələri qeyd edin.
Nəticəni müzakirə edin:
- Bütöv naqildən keçən cərəyan şiddəti bu naqilin yarısından keçən cərəyan şiddətindən neçə dəfə
fərqləndi? Naqilin müqaviməti onun uzunluğundan necə asılıdır?
- Naqildən keçən cərəyan şiddəti en kəsik sahəsi ondan iki dəfə böyük olan belə naqildən keçən cərəyan
şiddətindən neçə dəfə fərqləndi? Naqilin müqaviməti onun en kəsik sahəsindən necə asılıdır?
- Uzunluqları və en kəsik sahələri bərabər olan, lakin müxtəlif naqillərdən keçən cərəyan şiddətləri
də eynidirmi? Naqilin müqaviməti nədən asılıdır?
- Naqilin elektrik müqaviməti necə yaranır?
Bilirsiniz ki, elektrik sahəsinin təsiri ilə naqillərdə sərbəst elektronlar nizamlı hərəkət edir. Bu
hərəkət zamanı metalda sərbəst elektronlar qəfəsin düyünlərində rəqsi hərəkət edən müsbət ionlarla
toqquşur. Nəticədə elektronların kinetik enerjisinin bir hissəsi ionlara verildiyindən onların nizamlı hərəkət sürətləri azalır. Beləliklə, metalın müsbət ionları sərbəst elektronların nizamlı hərəkətinə
(cərəyana) maneçilik törədir. Bu maneçilik naqilin müqavimətidir.
- Elektrik müqaviməti nədən asılıdır?
Araşdırmadan üç mühüm nəticə aşkarlandı:
-
Sabit gərginlik mənbəyinə (U=const) qoşulan müəyyən uzunluqlu naqildən keçən cərəyan şiddəti bu
naqilin yarısından keçən cərəyan şiddətindən 2 dəfə kiçikdir. Bu o deməkdir ki, Om qanununa görə
(I = U
R), bütöv naqilin müqaviməti bu naqilin
yarısının müqavimətindən 2 dəfə böyükdür.
-
Naqilin müqaviməti onun uzunluğundan düz mütənasib asılıdır.
-
Sabit gərginlik mənbəyinə (U = const) qoşulan naqildən keçən cərəyan şiddəti eyni uzunluqlu, lakin
en kəsiyinin sahəsi 2 dəfə böyük olan eyni naqildən keçən cərəyan şiddətindən 2 dəfə kiçikdir. Bu o
deməkdir ki, Om qanununa görə (I = U
R), en
kəsik sahəsi 2 dəfə böyük olan naqilin müqaviməti də 2 dəfə kiçikdir.
-
Naqilin müqaviməti onun en kəsiyinin sahəsindən tərs mütənasib asılıdır.